SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Ümumdünya Şəhərsalma Forumunda (WUF13) 182 ölkə təmsil olunur və iştirakçıların sayı rekord həddə çatıb
Ümumdünya Şəhərsalma Forumunda (WUF13) 182 ölkə təmsil olunur və iştirakçıların sayı rekord həddə çatıb.
Bu həm şəhərsalma mövzusunun nə qədər mühüm olduğunu, həm də ev Azərbaycanın geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir.
Eyni zamanda bu forum Azərbaycan üçün şəhərsalma sahəsində görülən işlər, gələcək planlar barədə beynəlxalq ictimaiyyətə məlumat vermək və digər ölkələrin təcrübəsindən yararlanmaq baxımından gözəl imkandır.
Cənab Prezident İlham Əliyevin WUF13-də çıxışında vurğuladığı kimi, Azərbaycan qədim tarixi irsini qorumaqla yanaşı, ən müasir şəhərsalma standartlarını uğurla tətbiq edir.
Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda sıfırdan həyata keçirilən irimiqyaslı yenidənqurma işləri, eləcə də paytaxtımızda çirklililiyə görə qara şəhər adlandırılan ərazidə yaradılan “Ağ şəhər” layihəsi dünyaya unikal bir bərpa modeli təqdim edir.
Şəhərsalmanın digər innovativ və cəsarətli təzahürü də “Sea Breeze” istirahət məkanıdır.
Azərbaycan dövləti inkişafda və müasirləşmədə cəsarətli, tarixi mirasımızın qorunmasında isə son dərəcə ehtiyatlı davranaraq gələcəyimizi uğurla inşa edir.