SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Kovlar kəndində uşaq bağcasının yaradılması ilə bağlı deputat sorğusu göndərildi

Əziz Sabirabadlılar,
Kovlar kəndinin 270 sakini tərəfindən daxil olan kollektiv müraciətdə kənddə uşaq bağçasının tikintisinə zərurət olduğu göstərilmişdir. Belə ki, Kovlar kəndi rayon mərkəzinə uzaq məsafədə yerləşir, həmin kəndin əraizisində uşaq bağçası yoxdur.
Sizlərə məruzə etmək istəyirəm ki, bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova deputat sorğusu göndərdim. Xahiş etdim ki, Kovlar kəndində yerləşən və istifadə olunmayan kolxoz binasının təmir edilərək uşaq bağçası kimi istifadəyə verilməsinə və ya yeni uşaq bağçasının tikilməsinə köməklik etsin.
Sizin hər bir müraciətiniz mənim üçün dəyərlidir, məqsədim və amalım Sizlər narahat edən hər bir problemin həllinə nail olmaqdır.