MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi, Kuba Respublikasının Prezidenti Miqel Mario Dias-Kanel Bermudes nümayəndə heyətini qəbul edib

15:20 27.11.2025



Kuba Kommunist Partiyasının (KKP) dəvəti əsasında baş tutan səfər çərçivəsində Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi, Kuba Respublikasının Prezidenti Miqel Mario Dias-Kanel Bermudes nümayəndə heyətini qəbul edib.

Qəbul zamanı Azərbaycan ilə Kuba arasında münasibətlərin tarixi köklərə əsaslandığı qeyd olunaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Kubanın Ali Baş Komandanı Fidel Kastronun bu istiqamətdə müstəsna xidmətləri vurğulanıb. Bu gün ölkələrarası münasibətlərin səmimi dostluq və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanmaqla uğurla inkişaf etdiyi bildirilib. Fəal siyasi dialoq şəraitində iqtisadi, ticari, mədəni, tibb, təhsil, turizm, aqrar və digər sahələrdə genişmiqyaslı əməkdaşlıq üçün mühüm potensialın mövcud olduğu qeyd edilib.