24.04.2025
SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Şəhriyar kənd sakinləri ilə görüş keçirildi

Təşviqat zamanı Şəhriyar kəndində sakinlərin əksəriyyəti kənd orta məktəbinin qəzalı vəziyyəti ilə bağlı aidiyyəti qurumlara məlumat verməyimi və onların səsi olmağımı xahiş etdilər. Eyni zamanda, bu məsələni unutmayacağımı istədilər.
Baş Nazir Əli Əsədovun Milli Məclisə gəldiyi və Təhsil Naziri Emin Əmrullayevin iştirak etdiyi iclasda Şəhriyar məktəbinin qəzalı vəziyyəti barədə çıxış etdim və həmin məktəbin yenidən inşasının dövlət investisiya proqramına daxil edilməsini xahiş etdim.
Həmin vaxt bütün seçicilərimə bildirdim ki, dairəmdə 50-yə yaxın kənd və qəsəbə var və söz verirəm ki, hər il hər birində vətəndaş qəbulu keçirəcəyəm.
Növbəti görüşümüz də məhz Şəhriyar kəndində baş tutdu. Görüş zamanı vəd verdim ki, məktəblə bağlı məsələni daim diqqətdə saxlayacağam və daxil olan müraciətləri səlahiyyətlərim çərçivəsində həll etməyə çalışacağam.