MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

YAP nümayəndə heyəti Kuba Respublikasında səfərdə olub

05:34 27.11.2025



Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Kuba Respublikasına səfəri çərçivəsində Xalq Hakimiyyəti Milli Assambleyasının və Dövlət Şurasının sədri Xuan Esteban Lazo Hernandes ilə görüşü keçirilib.

Siyasi partiyalar və parlamentlər arasında əlaqələrin Azərbaycan-Kuba münasibətlərinin inkişafı xüsusunda əhəmiyyəti qeyd olunub.

Görüş zamanı istər Azərbaycan, istərsə də Kubanın milli maraqlar və beynəlxalq hüquq normalarını əsas götürərək dövlətlərarası münasibətlərin konstruktiv müstəvidə inkişafının tərəfdarı olduğu bildirilib. Yeni geosiyasi reallıqlar fonunda müstəqil siyasət yürüdən dövlətlərə qarşı ikili standartlara əsaslanan siyasətin beynəlxalq təhlükəsizlik və əməkdaşlığa təhdid yaratdığı vurğulanaraq bu hallara qarşı qətiyyətli mübarizənin önəmi qeyd olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.