SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Bu gün Yaponiyanın Doşişa Universitetinin professoru Hisae Nakanişi ilə görüşdüm
Bu gün Yaponiyanın Doşişa Universitetinin professoru Hisae Nakanişi ilə görüşdüm. Prof. Nakanişi ilk dəfə Azərbaycanda 20 il bundan qabaq, ümumilikdə isə 7 dəfə ölkəmizə səfər edib. Ondan ilk səfərinin məqsədini soruşanda dedi ki, tələbəsi azərbaycanlıdır, Zəngəzurda anadan olub.
Ondan sonra ADA Universiteti və çalışdığı təhsil müəsissə ilə birgə mübadilə proqramları təşkil ediblər. Şuşa şəhərini ziyarət edib, bu gün də 5 dekabrda Qərbi Azərbaycan İcması tərəfindən təşkil edilən beynəlxalq konfransda iştirak etmək üçün gəlib.
Məhz bu faktın özü onu deməyə əsas verir ki, xaricdə təhsil alan hər bir azərbaycanlı milli maraqlarımızın ən nüfuzlu və autentik müdafiəçisidir.
Bu cür vətəninə bağlı, milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi düzgün çatdıra bilən gənclərə görə bu gün yüzlərlə Hisae Nakanişi kimi dostumuz var. Və bu da bizim ən böyük uğurlarımızdan biridir.