MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Gəncədə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Heydər Əliyev: “Azərbaycanın suverenliyi və müstəqilliyi xalqımızın azad ruhunun təcəssümüdür” mövzusunda konfrans keçirilib

14:14 08.05.2025



Gəncədə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Heydər Əliyev: “Azərbaycanın suverenliyi və müstəqilliyi xalqımızın azad ruhunun təcəssümüdür” mövzusunda konfrans keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan konfransın məqsədi Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və hüquqi əsaslarının qurulmasında Konstitusiyanın roluna verdiyi əhəmiyyətini vurğulamaq və Azərbaycan xalqının dövlətçilik irsinin qorunub saxlanmasını təşviq etməkdir.