MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Gənclər Fondu və “Bakcell”in birgə tərəfdaşlığı ilə gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləyən yeni təqaüd proqramı elan edildi

17:07 16.01.2026



Bu gün Gənclər Fondu və “Bakcell”in birgə tərəfdaşlığı ilə gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləyən yeni təqaüd proqramı elan edildi.

Əziz gənclər, proqram çərçivəsində təqaüd haqqı qazanmış gənclər süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn kimi gələcəyin peşələri üzrə praktiki bilik və bacarıqlara yiyələnmək imkanı əldə edəcəklər.

Proqramın məntiqi sadədir. Müəyyən edilmiş 6 istiqamətdən birini seçirsiniz, hazırlığa getdiyiniz kursun ödənişi təqaüd çərçivəsində qarşılanır.

Təqaüd proqramına müraciət etmək istəyən 18-29 yaş arası və IT sahəsi üzrə baza biliklərinə sahib gənclər www.youthfoundation.az saytına daxil olaraq elektron xidmətlər bölməsi vasitəsilə 16 fevral tarixinədək qeydiyyatdan keçə bilərlər.