SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Praqada dördtərəfli görüşlərin nəticələrinə dair - Siyasi şərh

Regiona sülh gətirmək yarışına girən ancaq sülhdən daha çox yeni maraqlar uğrunda mübarizə aparan Fransa Prezidenti Makronun cəhdi uğursuz oldu.
Praqada yenidən dördtərəfli görüş olub. 2 hissədən ibarət 5 saatlıq görüşün yekunları ilə bağlı Elisey Sarayı bəyanat paylaşdı.
Birinci müddəa ondan ibarətdir ki, Ermənistan öz ərazisində Avropa İttifaqının nümayəndələrindən ibarət mülki missiyanın maksimum iki ay müddətində yerləşməsinə icazə verəcək.
Erməni mətbuatı bunu uğur kimi təqdim edir. Ancaq görün Prezident İlham Əliyev Ermənistanı hansı hala salıb ki, Ermənistan rəhbərliyi hətta öz ərazisində də missiyanın yerləşdirilməsini Azərbaycan Prezidenti İlham Əliyevlə razılaşdırır və ondan icazə alır.
Çünki Ermənistan bu qərarı dördtərəfli görüşdə iştirak etmədən də verə bilərdi. Əgər Ermənistan müstəqil dövlətdirsə, nəinki Avropa İttifaqından hətta Kenyadan da mülki deyil, hərbi birləşmənin fəaliyyətini öz ərazisində yerləşməsini təmin edə bilər. İndiki şəraitdə Ermənistan üçün ən alçadıcı hissəsi isə həmin missiyanın mülki şəxslərdən ibarət olmasıdır. Yəqin ki, həmin mülki missiyaya da iki aylıq turist vizası verərlər.
Güman etmək olar ki, reallıqda Fransa Prezidenti həmin missiyanın Azərbaycan ərazisində də olmasını təklif edib, ancaq Azərbaycan Prezidenti buna icazə və imkan verməyib.
Bu görüşün təşəbbüskarı olan Fransa Prezidenti Makron Ermənistana bundan artıq zərər vura bilməzdi. Hələ bu məsələni Ermənistan və Rusiya münasibətlərinə dəyən zərər kontekstində şərh etmirəm.
Hesab edirəm ki, bu dünya tarixində ilk dəfə baş verdi və bunu da Prezident İlham Əliyev etdi. Azərbaycan Ermənistana müstəqil və suveren ərazisində mülki missiyanın yerləşdirilməsi icazə verdi.
İkinci müddəa isə Alma-Ata Bəyannaməsi ilə bağlıdır. Bu sazişin mahiyyəti ondan ibarətdir ki, vaxtilə SSR-nin tərkibində olan dövlətlər qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıyır.
Azərbaycan Prezidenti İlham Əliyev bu müddəa ilə Ermənistan xalqını davamlı sülh prosesinə hazırlayır. İlham Əliyevin erməni xalqına mesajı ondan ibarətdir ki, Paşinyandan qabaq da sizin liderləriniz Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Paşinyana imkan verin sülh müqaviləsini imzalasın, sonra da Ermənistan Parlamenti sülh sazişini təsdiq etsin. Çünki Prezident İlham Əliyev mətbuata çıxışında ilin sonuna kimi sülh müqaviləsinin imzalanması ehtimalı ilə bağlı anons verdi.
Görüşün yekununu belə xarakterizə etmək olar: Cənab Prezident İlham Əliyev Ermənistanın ərazisində mülki missiyanın yerləşməsini razılıq verəndən sonra, Ermənistanda gedən daxili proseslərə də istiqamət verdi. Bununla da, bu görüşü bizim milli maraqlar və davamlı sülh üçün əhəmiyyətli hadisə hesab etmək olar.
Məqaləni dərc edən xəbər saytları: