SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Pekin səmasında “Ey Vətən” marşımızın sədaları altında Müzəffər İlham Əliyevin qarşılanması, sadəcə diplomatik mərasim deyildi" - siyasi şərh

Pekin səmasında “Ey Vətən” marşımızın sədaları altında Müzəffər İlham Əliyevin qarşılanması, sadəcə diplomatik mərasim deyildi – bu, hər birimizin qürurla izlədiyi Azərbaycanın dünyada artan nüfuzunun, dövlətimizin güc və qüdrətinin rəmzi idi.
Bu gün Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyanat imzalandı. 20-dən çox sahəni əhatə edən bu sənədlər – yaşıl enerji, rəqəmsal iqtisadiyyat və nəqliyyatdan tutmuş, "Bir kəmər, bir yol" və Zəngəzur dəhlizinə qədər – ölkəmizi beynəlxalq ticarət və geopolitik güc mərkəzi rolunu daha da gücləndirdi.
Bu əməkdaşlıq yalnız bugünün deyil, gələcəyə, gələcək nəsillərin rifahına hesablanmış strateji addım idi.
Azərbaycan qlobal səviyyədə söz sahibi olmağa davam edir.
Azərbaycan qlobal səviyyədə söz sahibi olmağa davam edir.