MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və AZCON-nun təşkilatçılığı ilə Stanford Universitetinin professorları tərəfindən “Rəhbər şəxslər üçün süni intellekt” təlimi keçirilib

12:43 08.01.2026



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı bildirdi ki, hədəflərimizdən biri də süni zəkadır. Bununla bağlı qeyd etdi ki, biz bir çox mütəxəssislərimizi xaricə təlimlərə göndəririk və eyni zamanda, Azərbaycanda təlimlər təşkil edirik.

Bu təlimlədən birində Milli Məclisin deputatı kimi mən də iştirak etmişəm. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və AZCON-nun təşkilatçılığı ilə Stanford Universitetinin professorları tərəfindən “Rəhbər şəxslər üçün süni intellekt” təlimi keçirildi. Təlimin əsas istiqamətləri dövlət idarəçiliyində süni intellekt anlayışları və real tətbiqləri, süni intellekt əsaslı idarəetmə strategiyalarının qurulması, məlumat siyasəti, etika və məsuliyyətli süni intellekt tətbiqləri idi.

Təlim yüksək səviyyədə təşkil olunmuşdu, kifayət qədər peşəkar, faydalı və maraqlı idi.