MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Süni intellekt alətlərinin yaratdığı yeni risklər

10:05 07.09.2026



Süni intellekt alətləri yeni imkanlarla yanaşı yeni risklər yaradır. Süni intellekt alətləri artıq dövlət qulluqçularının masalarının üstündədir. Dövlət və özəl qurumların əməkdaşları elektron məktub yazmaq, hesabatları ümumiləşdirmək və müxtəlif xidməti məqsədlər üçün fərdi, yəni şəxsi adına açılmış hesablardan istifadə edirlər.
 
Ancaq demək olar ki, heç kim bu alətlərinin məxfilik siyasəti və istifadə şərtlərini oxumur. Mən də oxumamışdım, sadəcə bu sahədə keçdiyim təlimlərə görə oxumağa başladım və bu yazını yazmaq qərarına gəldim. Dövlət qulluqçuları üçün 10 praktiki tövsiyə hazırladım. Bu tövsiyələr beynəlxalq standartların milli qanunvericiliyinin tələblərlərinə uyğunlaşdırılmasıdır. Məqsədim də süni intellekt etikası sahəsində müzakirələr açmaqla maarifləndirmə etməkdir.
 
Əziz dövlət qulluqçuları və süni intellekt mütəxəssisləri bu tövsiyələri oxuduqdan sonra gündəlik işinizdə ən çox hansı bəndin tətbiqində çətinlik yaradacağını düşünürsünüz? Şərhlərdə və ya birbaşa mesajla təcrübənizi bölüşün. Yaxın həftələrdə bu mövzuda açıq onlayn sual-cavab (Q&A) sessiyası keçirərək real keysləri birlikdə təhlil edə bilərik.