SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Terrorçuluğunun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində qanunvericliyə dəyişiklik edilir
Terrorçuluğunun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində qanunvericliyə dəyişiklik edilir. Dəyişikliyin mahiyyəti odur ki, əgər hüquqi şəxs maliyyə əməliyyatları üzərində qanunla tələb olunan nəzarəti təşkil etməyibsə və bunun nəticəsində onun vəzifəli şəxsi terrorçuluğun maliyyələşdirilməsi cinayətini törədibsə, həmin vəzifəli şəxslərlə birgə hüquqi şəxsə də cinayəti-hüquqi tədbirləri tətbiq olunsun.
Əsaslandırması ondan ibarətdir ki, hazırda mövcud qanunvericiliyimizdə hüquqi şəxslərə cinayət-hüquqi tədbirləri o halda tətbiq edilir ki, hüquqi şəxs cinayət nəticəsində hansısa xeyr əldə etsin və ya maraqları təmin edilsin.
Bu yanaşma hüquqi şəxslər tərəfindən törədilən iqtisadi cinayətlər üçün məntiqlidir, çünki orada əsas məqsəd qazancdır.
Terrorçuluğun maliyyələşdirilməsi isə fərqli xarakterli cinayətdir. Çünki terrorçuluğun maliyyələşdirilməsində gəlir əldə etmək zəruri əlamət deyil, əsas motiv deyil. Hüquqi şəxs heç bir fayda götürməyə bilər, lakin onun infrastrukturu, hesabları və əməliyyatları terrora xidmət edə bilər. Nəticədə mövcud "mənfəət" şərti hüquqi şəxsləri məsuliyyətdən kənarda saxlaya bilər.