MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Böyük Britaniya Kraliçası II Elizabetin vida mərasimində Azərbaycan və Ermənistan fərqi" - Siyasi şərh

19:03 20.09.2022



Böyük Britaniya Kraliçası II Elizabetin vida mərasimində Azərbaycan və Ermənistan fərqi

"The Sun" nəşri məlumat yayıb ki, Ermənistan prezidenti hörmətsizlik edərək Kraliça II Elizabetin cənazəsini ziyarət zamanı yüksək səslə danışıb, köməkçiləri ilə zarafatlaşıb. Həmçinin cənazə önündə baş əyərkən köməkçisi prezidentin fotolarını çəkib. Kraliçanın cənazəsinin olduğu "Westminster Hall"da şəkil çəkdirmək isə dövlət rəsmiləri də daxil bütün şəxslərə qəti qadağandır.

Hadisə yerində olan şəxslərdən biri "The Sun"a prezidentin hərəkətləri ilə bağlı açıqlama verib:

"Həmin zalda yüzlərlə adam var idi - heç kim danışmırdı. Yalnız o danışırdı və açıq-aydın şəklini çəkdirməyi əvvəldən planlaşdırmışdı"