SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"İlqar Məmmədovun Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarına dair açıqlaması siyasi məsuliyyətsizlikdir" - siyasi şərh
İlqar Məmmədovun Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarına dair açıqlaması siyasi məsuliyyətsizlikdir.
Birincisi, Ermənistanın daxili seçki arifmetikası Azərbaycanın sülh şərtlərinin məzmununu müəyyən etmir. Vətən müharibəsinin qalibi kimi Müzəffər Azərbaycan və Cənab Prezident İlham Əliyev müəyyən edir.
İkincisi bu leqalizm deyil. Ermənistanın Konstitusiyası Müstəqillik Bəyannaməsinə istinad edir və həmin Bəyannamədə Azərbaycana qarşı ərazi iddiaları var.
Bu isə formal-texniki detal deyil. Bu, Ermənistanın dövlət ideologiyasının bünövrəsidir. Biz heç bir halda bunu sülh sazişi ilə yan-yana yaşada bilmərik. Bu güzəşt deyil, özünü inkar etmək olardı.
Beynəlxalq münasibətlər tarixinə baxsaq, ən davamlı sülh sazişləri əsas iddia çərçivəsini dəyişdirənlərdir. Almaniyanın 1990-da "İki+Dörd" Müqaviləsi ilə ərazi iddialarından rəsmi imtina etməsi kimi nümunələr göstərir ki, Ermənistandan tələb olunan isə güzəşt deyil, beynəlxalq hüquqa uyğun çərçivənin dəyişdirilməsidir.
Üçüncüsü əgər Paşinyan həqiqətən deyəcəksə ki, "konstitusiya dəyişikliyini ictimaiyyətə inandıra bilmirəm", bu o deməkdir ki, erməni cəmiyyətinin əhəmiyyətli bir hissəsi irredentist çərçivəyə hələ də bağlıdır. Paşinyan dəstəklənsə də, erməni cəmiyyətində bu xəstəlik hələ də davam edir.
Ona görə bu gün Ermənistan Konstitusiyasına dəyişiklik olmadan imzalanmış sülh sazişi, sabah həmin qüvvələr tərəfindən bəzi maraqlı xarici qüvvələrin dəstəyi ilə çox asanlıqla siyasi şəkildə eroziyaya uğradıla bilər.
Beləliklə, təkcə bu arqumentin özü Azərbaycanın konstitusiya tələbinin nə qədər haqlı olduğunu bir daha təsdiq edir.
Dördüncüsü Paşinyanın 49%-i onun daxili zəifliyidir, bunu Azərbaycanən zəifliyi kimi təqdim etmək məntiqsizlikdir. Görünür İ.Məmmədov hələ də qəbul edə bilmir, ya da anlaya bilmir ki, sülh gündəliyinin şərtlərini Azərbaycan müəyyən edir, bu reallıqla beynəlxalq ictimaiyyət hesabalaşır. Və şərtləri müəyyən edən ölkə üçün qarşı tərəfin zəifliyi güzəşt üçün deyil, əksinə əlavə təzyiq üçün imkan yaradır.
Yekunda “çətin olduğu üçün tələb yanlış idi” demək məntiqi, əgər ardıcıl şəkildə tətbiq edilsə, hər prinsipal mövqedən geri çəkilmək üçün arqumentə çevrilər.
Çox təəssüf ki, tarix boyu Azərbaycan xalqı bunun acısını çox çəkib.
Azərbaycan xalqı İlham Əliyevə tam inanır və liderinin nəyi, nə vaxt, necə edəcəyinə də tam güvənir.
Kamal Cəfərov
Milli Məclisin deputatı