MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Şəxsi kin, ədavət, acıq və digər mənfi keyfiyyətlərdir bu insanların əsas prinsipi" - siyasi şərh

13:20 05.04.2021



Milli Məclisdə uşaqpulu məsələsi müxtəlif vaxtlarda, o cümlədən Azərbaycanın Hökumət üzvlərinin iştirak etdiyi iclaslarda müzakirə olunub. Hökumət üzvləri də Milli Məclisdə müvafiq arayışlar təqdim ediblər.
Lakin “uşaqpulu” məsələsi kimi bir sıra həssas mövzulardan sui-istifadə edərək çıxış edənlərin məqsədi sadəcə xalqı aldatmaq cəhdidir.
Aşağıdakı videoyaya diqqətlə baxın, AXCP sədri Əli Kərimlinin müavini, hər yerdə kənd təsərrüfatı və mal-qara eksperti kimi çıxış edən Vahid Məhərrəmli deyir ki, "Əli bəy deyib ki uşaqpulu 300 manat olsun, gəl biz deyək ki, 500 manat olsun, onsuz da verməyəcəklər.".
"Ekspertin" heç bir hesablamaya, data-ya əsaslanmadan belə fikir irəli sürməsi Rövşən Cavadovun “Hakimiyyətə kim gəlir gəlsin Heydər Əliyevdən başqa” fikrinə bənzəyir. Şəxsi kin, ədavət, acıq və digər mənfi keyfiyyətlərdir bu insanların əsas prinsipi.
AXCP-nin fəaliyyəti o təəsürat yaradır ki, onların heç hakimiyyətə gəlmək fikri də yoxdur və olmayıb. Çünki Avropada və qonşu ölkələrdə müxalifət partiyasının bu cür nümunəsi yoxdur. Bu partiyanın heç bir proqramı, sosial bazası yoxdur. Tam səmimi etiraf edim ki, hətta liberal düşüncəli gənclərin nə AXCP, nə də Əli Kərimli barədə təsəvvürləri yoxdur. Müasir gənclik üçün hər iki element mövcud deyil.
Bəzi gənclər isə ən yaxşı halda onlara hökumətin adamı kimi baxırlar. Əslində bir qədər həqiqət var. Keçmiş zəif və yarıtmaz komandanın bic fərdləri. Elçibəyi devirən də bu bic fərdlər olub. Sadə bir misal deyim sizə.
Elçibəy Sürət Hüseynovu Baş nazirin müavini, Qarabağ üzrə səlahiyyətli nümayədəsi və digər vəzifələrə və titullara layiq görür. AXCP isə Sürət Hüseynovu xalq düşməni elan edir. 1993-cü il iyun hadisələrinin səbəbi budur. Sonra da qorxaq kimi həm baş nazir həm də spiker istefaya gedir. Bu məsələyə həm siyasi həm də hüquqi rəy verilib. Bu rəyi də AXCP üzvlərindən ibarət Milli Məclisin komissiyası verib.
Bəs onların indiki tərəfdaşları kimlərdir? Əksəriyyəti riyakar, əqidəsini satmış küskünlərdir.
Gültəkin Hacıbəyli YAP-ın mitinqlərində mədhiyyələr deyirdi. 10 ilə yaxın yüksək vəzifəli şəxslərlə cinayət əlaqəsinə girərək qeyri-qanuni biznes şəbəkələri yaradıb. AŞPA-da və Milli Məclisdə bir dəfə də olsun hansısa pozuntudan danışmayıb.
Cəmil Həsənli Milli Məclisdə hakimiyyət orqanları ilə bağlı mədhiyyələr deyirdi. Milli Məclisə seçilməyəndən sonra qisas üçün AXCP-yə köç etdi. Görürsünüz müxalifət demədim. Çünki AXCP müxalifət deyil. Cəmil Həsənli Azərbaycan xalqına Paşinyanın idarəetməsini nümunə çəkirdi.
Əqidəsini 2 dəfə dəyişən bir insan 3-cü dəfə də dəyişə bilər.