SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Anti-milli reaksiya dilənçiləri - siyasi şərh
Bu gün Anti-Milli Şuranın sədri Cəmil Həsənli Ramiz Mehdiyevin tərzində nağıla bənzər bir status yazıb və bildirib ki, qərb mətbuatı Əli Kərimliyə “böyük dəstək” verdiyi üçün o, həbs edilib.
Bilirəm sizə də gülməli gəlir. Ancaq xatırlayırsınızsa, oxşar tezis Əli Kərimlinin də ən sevimli nağılı idi. Həmişə özünü “müxalifətin lideri” kimi təqdim edirdi. Və deyirdi ki, guya onun həbsi beynəlxalq miqyasda böyük səs-küyə səbəb olacaq və hökumətə qarşı ciddi “təzyiqlər” yaradacaq.
Əli Kərimlinin həbsindən 1 həftə keçir, heç bir beynəlxalq təşkilatdan institusional səviyyədə açıqlama yoxdur.
Ancaq bir-iki fərdi tvit, həbs olunması barədə ümumiləşdirilmiş qaydada və eyni tərzdə bir neçə saytda çıxan “press-reliz” – hamısı bu qədər.
Əgər görünməmiş beynəlxalq dəstəyiniz varsa, niyə partiyanızın üzvləri bu gün
beynəlxalq təşkilat rəhbərlərinin sosial şəbəkə hesablarının dəhlizlərində “yalvarış xarakterli” müraciətlər edirlər?
Reaksiya dilənçiləri bu dəqiqə də boş-boş haştaq yazıb, xarici səfirlərin DM-ni spam edirlər.
Reaksiya olmayanda “Qərb bizi satdı” deyib bir-birini günahlandıracaqlar. Amma hansısa xarici diplomatın əli dəyib “like” etsə, deyəcəklər ki “Qərb ayağa qalxdı”.
Yenə Avropa ölkələri əvəzinə məxfi əməkdaşlıq etdikləri ölkəyə müraciət etsəydilər, bəlkə daha məntiqli olardı.
Əslində beynəlxalq təşkilatlar həmişə ikili standartları ilə seçilib, hər hansı bəyanatları da istisna deyil və heç bir əhəmiyyət də kəsb etmir. Ancaq onların bu gün susqun olmaqlarının səbəbi çox güman ki, simalarını qorumaqdır.
Çünki əgər sabah KİV-də Əli Kərimlinin Ramiz Mehdiyevlə işbirliyi, xəyanəti və xarici təsir kruqu ilə məxfi yazışmalarını sübut edən təkzib olunmaz video və audio fakt çıxsa, onda elə çıxır ki, həmin təşkilatlar və səfirlər bilavasitə özlərinə düşmən hesab etdiyi ölkənin maraqlarını müdafiə edirlər?!
Ümumilikdə bütün bu proses bir daha göstərir ki, Əli Kərimlinin “həbsim beynəlxalq böhran yaradacaq” iddiası daha çox psixoloji özünü mərkəzləşdirmə xəstəliyi ilə bağlıdır. Yəni o, öz siluletini beynəlxalq münasibətlərdə “əsas oyunçu” kimi xülya edir.
Təsadüfi deyil ki, onun bu xəstəliyi müəyyən mənada Ramiz Mehdiyevin illər əvvəl formalaşdırdığı mitinq strategiyasının ilə bağlıdır.
Çünki bir neçə gün bundan qabaq Ramiz Mehdiyevin mitinqlə bağlı strategiya sənədi yayıldı. Həmin sənəddə görünür ki, Əli Kərimli üçün “müxalifətin lideri” rolunu elə Ramiz Mehdiyevin özü müəyyən edib.
Sənəddə həmçinin qeyd olunur ki, Əli Kərimlinin həbsi şok effekti yaratmayacaq və beynəlxalq səviyyədə kütləvi emosiyaya səbəb olmayacaq.
Bunun da siyasi leksikonda qarşılığı şişirdilmiş şardır. O da partladı və içindən külək çıxdı.