SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirildi
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclasında “Korrupsiyaya qarşı mübarizə dövlətçilik məsələsidir” mövzusunda çıxış etdim.
Dövlətçilik prinsipləri əsasında korrupsiyaya qarşı mübarizədə əldə olunan nailiyyətlərdən, cənan Prezident İlham Əliyevin intellektual məhsulu “ASAN Xidmət” modelinin ictimai şüurda yaratdığı yeniliklərdən danışdım.
Eyni zamanda qeyd etdim ki, bəzi dövlət orqanlarında yaxın qohum-dost-tanışın vəzifəyə təyin edilməsi, peşəkar kadrların kənarlaşdırılması halları ilə bağlı iddialar narahatlıq doğrur.
Ancaq cənab Prezidentin mövqeyi qətidir: kadr seçimi etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz insanlara əsaslanmalıdır. Buradakı “etibarlılıq” şəxsi maraq və ya özünüqoruma deyil, dövlətçiliyə sədaqətdir.
Dövlət qurumlarında elə kadr sistemi qurulmalıdır ki, ən ucqar kənddə belə yüksək potensialı olan gənc mərhələli şəkildə yüksəlib rəhbər vəzifələrə gəlib çıxsın və bu sistem heç bir rəhbərin dəyişməsindən asılı olmasın.
Bu, dövlətçiliyimizin dayanıqlılığı və gələcəyi üçün ən vacib şərtdir.