SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirildi
Sentyabrın 17-də Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.
İclası giriş nitqi ilə açan Baş prokuror, Elmi-Məsləhət Şurasının sədri Kamran Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətçilik konsepsiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni reallıqlar və çağırışlar nəzərə alınmaqla ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini bildirib.
Müasir dövrdə ictimai münasibətlərin, texnologiyanın inkişafı və hüquqi mühitdə baş verən dəyişikliklər qanunvericiliyin və hüquq tətbiqetmə təcrübəsinin daim təkmilləşdirilməsini, yeni hüquqi məsələlərin elmi və praktiki baxımdan araşdırılmasını zəruri edir. Bu baxımdan Elmi-Məsləhət Şurası aktual hüquqi məsələlərin müzakirəsi və müvafiq təkliflərin hazırlanması istiqamətində mühüm platforma kimi fəaliyyət göstərir.