MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

İqtisadiyyat Nazirliyində keçirilən süni intellekt alətlərindən etik və məsuliyyətli istifadəyə dair təlimlər yekunlaşdı

11:18 15.09.2026



Son iki həftə ərzində İqtisadiyyat Nazirliyinin Aparatı və strukturuna daxil olan qurumların ümumilikdə 200-dən çox əməkdaşına süni intellekt alətlərindən etik və məsuliyyətli istifadəyə dair təlim keçdim.
 
Təlimdə süni intellekt alətlərinin məxfilik siyasəti və istifadəçi şərtlərini asan başa düşülən formada izah etdim. Eyni zamanda hazırda Azərbaycan qanunvericiliyində transsərhəd ötürülməsi, yəni süni intellekt alətləri ilə paylaşılması qadağan olunan informasiya kateqoriyalarını müvafiq nümunələrlə izah etdim. Təlimdən əvvəl və sonra sorğu və test keçirdik.
 
Müşahidə etdiyim qədərilə dövlət orqanlarınında sistemli olaraq ilk dəfə idi ki, bu mövzuda təlim keçirildi. Təlimdə iştirak edən əməkdaşlara təşəkkür edirəm, çünki hər təlimdən sonra onların sualları və rəyləri nəticəsində təlimin məzmun və metodlarını daha da təkmilləşdirə bildim.
 
Eyni zamanda İqtisadiyyat Nazirliyinin İETİ-nin Təlim-Tədris Mərkəzinin rəhbərliyinə və əməkdaşlarına yüksək təşkilatçılıq üçün də təşəkkür edirəm.