MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ad günüdür

10:01 26.08.2022



Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ad günüdür.
Mehriban xanım uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilib. Heydər Əliyev Fondunun xətti və dəstəyi ilə minlərlə insan tibbi müalicə ilə təmin edilib. Bir sıra mühüm layihələr icra edilib. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, birinci xanım Mehriban Əliyevanı səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və Azərbaycan xalqının rifahı naminə çoxşaxəli fəaliyyətində yeni-yeni uğurlar arzu edirəm!