MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab açmasını məhdudlaşdırmalıyıq" - plenar iclasda çıxış

18:14 08.06.2026



Bu gün sosial şəbəkədən istifadənin yaş həddinin 16-dan başlanılması məsələsini müzakirə etdik. 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilməyəcək.
 
16-18 yaş arası uşaqlar üçün isə fərdi hesabların yaradılması zamanı qanuni nümayəndələrin razılığı olmalıdır. Uşaqların sosial mediadan istifadəsi ilə bağlı ictimai rəyə əsasən, əhalinin 87.3 faizi 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin qanunla tənzimlənməsini dəstəkləyir, 11 faizi isə buna razı deyil.