MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Bu gün uşaqların zərərli informasiyadan qorunması rəqəmsal suverenlik məsələsidir" - plenar iclasda çıxış

12:15 08.06.2026



Bu gün uşaqların zərərli informasiyadan qorunması rəqəmsal suverenlik məsələsidir.
 
Qlobal çağırışlara qarşı çevik reaksiya bəzən problemin həllindən daha çox əhəmiyyət daşıyır.
 
Cari ilin əvvəlində Azərbaycan Prezidenti Cənab İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı.
Məhz həmin sərəncamdan irəli gələrək bu gün müvafiq qanun layihələrinə dəyişiklikləri müzakirə edirik.
 
Son 3 ay ərzində Milli Məclisdə biz də həmkarlarımızla birgə 16 yaşadək uşaqların sosial şəbəkələrdən qeydiyyatının məhdudlaşdırılması məsələsini qaldırırdıq. Bu gün isə komitə iclasında bu məsələni müzakirə etdik.
 
Layihədə 16-18 yaş qrupunun platformalarda fərdi rəqəmsal hesab yaratması, ondan istifadə etməsi və kontent paylaşması yalnız qanuni nümayəndəsinin razılığı və nəzarəti altında mümkün olacağı nəzərdə tutulur.
 
Həmçinin platforma provayderlərinin uşaqların təhlükəsizliyinin təmin edilməsi, zərərli məzmunun qarşısının alınması, fərdi məlumatların qorunması, təhlükəli məlumatların operativ şəkildə silinməsi və dövlət orqanları ilə əməkdaşlıq etməsi ilə bağlı vəzifələri müəyyən edilir.