SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Düzgün nəticə çıxarmadan güclü olmaq mümkün deyil" - siyasi şərh
Dünən Cənab Prezident İlham Əliyev Xocalı Memorialının açılışı zamanı çıxışının yekununda belə bir ifadə işlətdi: Hər zaman güclü olmalıyıq və olacağıq ki, belə faciələr bir daha təkrarlanmasın. Bu fikir onu göstərir ki, xalqın faciəsi düşmənlərinin mövcudluğu ilə bağlı deyil, milli idrakının zəif olması ilə bağlıdır.
Tarix boyu düşmənlərimiz həmişə olub, bu gün də Azərbaycana düşmənçilik hissləri bəsləyən qüvvələr var, gələcəkdə olması da istisna deyil. Bizim ən böyük faciəmiz isə bu cür təhdidlər qarşısında öz daxili gücümüzü itirməyimiz oldu.
Müstəqil Azərbaycan tarixində isə Azərbaycanın faciəsi Ulu Öndər Heydər Əliyevin 1987-ci ildə vəzifəsindən haqsızca uzaqlaşdırılmasından sonra o dövrdəki hakimiyyətin anti-milli mövqeyi, özlərini ziyalı adlandıran bəzi şəxslərin naşılığı və Azərbaycan xalqının emosional ekstaz vəziyyətə çatıdırılması ilə bağlıdır.
Bu fikirləri deməkdə məqsədim 40 il əvvəl baş verən hadisələrlə bağlı kimlərisə fərdi qaydada ittiham etmək deyil, tarixdən düzgün nəticə çıxarılmasıdır. Çünki düzgün nəticə çıxarmadan güclü olmaq mümkün deyil.
1987-ci ildə Ulu Öndər Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasından həftələr sonra Qərbi Azərbaycanlıları öz dədə-baba torpaqlarından məcburi formada çıxardılar, etnik təmizləmə həyata keçirdilər. Mən həmişə o dövrdə yaşamış və işləmiş şəxslərdən soruşurdum, niyə Heydər Əliyevi vaxtında geri çağırmadınız? Deyirlər ki, o dövrdə xalqın psixoloji vəziyyəti fərqli idi.
Mən meydandakı vətəndaşın sovet işğalına haqlı və müqəddəs qəzəbini tamamilə anlayıram.
Ancaq o dövrdə xalqı idarə edən, yönləndirən siyasi elitanın naşılığını qəbul etmirəm. Qarabağın işğalını gözlədilər, Xocalı faciəsini gözlədilər, heç bir dövlətçilik təcrübəsi olmayan AXC-Müsavat qrupunun hakimiyyətə gəlməsinə yol verdilər, sonra qardaş qırğını gözlədilər və yekunda tamamilə məhv olmamaq üçün Heydər Əliyevi çağırmaq məcburiyyətində qaldılar. Ən böyük faciə isə Azərbaycanın xilasını Heydər Əliyevdə görən, mitinqlərdə onun portretini qaldıran şəxslərə qarşı təqiblərin təşkili idi.
Bəziləri iddia edir ki, xalq bu perioddan keçməli idi, ancaq qazaxlar, özbəklər və türkmənlər belə bir faciəvi perioddan keçmədi. Bəziləri də Heydər Əliyevin sovet keçmişini səbəb göstərir.
Bəs həmin ziyalılar Heydər Əliyevi tanımırdı? Sovet dövründə Azərbaycanı sonuncu yerdən 2-ci yerə çatdıran kim idi? 1937-ci il repressiya qurbanların hüquqi reabilitasiya edən, ziyalıları repressiyadan qoruyan, onlara ev verən, dayaq olan, milli şüura dəstək verən Heydər Əliyev olub.
Ona görə də bu gün Azərbaycan xalqı çox gözəl bilir ki, populist şüuarlar, emosional ideyalar, “dəyərlər” dövlətçiliyimizə necə həlledici zərbə vurub. Bu gün Azərbaycan xalqı çox gözəl anlayır ki, bizim zəfərlərimizin, gücümüzün daxili mənbəyi Əliyev irsinin qəbul etdiyi soyuqqanlı və strateji qərarları və sarsılmaz xalq-iqtidar birliyidir.