SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Qərbi Azərbaycanlıların deportasiyası etnik təmizləmə xarakteri daşımışdır" - plenar iclasda çıxış
Bu həftə Bakı, TDT xətti ilə son dərəcə əhəmiyyətli bir tədbirə – Təşkilatın üzv ölkələrinin media və informasiya sahəsi üzrə yüksək vəzifəli şəxslərinin görüşünə ev sahibliyi etdi. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, media platforması çərçivəsində bu cür görüşlər, həyata keçirilən işlərin miqyasını və çoxşaxəli xarakterini nümayiş etdirir. Bu əməkdaşlıq bizim informasiya təhlükəsizliyimiz və haqlı mövqeyimizin beynəlxalq arenada düzgün çatdırılması üçün xüsusi əhəmiyyət daşıyır.
Məhz bu əməkdaşlığın güclənməsi fonunda biz dünya erməni lobbisinin və revanşist dairələrin Qarabağ mövzusu ətrafında yeni anti-Azərbaycan kampaniyası başladığını görürük. Çox təəssüf ki, rəsmi İrəvandan da bu təbliğata açıq dəstək verilir. Onlar 8 Avqustda ABŞ prezidentinin qarşısında verdiyi vədi unudurlar. Çünki Ermənistan rəsmiləri ABŞ rəsmiləri keçirilən istənilən görüşdə Bakıda milli qanunvericiyiliyə uyğun formada mühakimə olunan şəxslərin məsələsini qaldırırlar.
Təəssüflə qeyd etməliyik ki, Azərbaycan-ABŞ münasibətlərində ciddi irəliləyiş əldə olunduğu bir vaxtda, ABŞ qanunvericilərinin bir qismi yalnız gərginliyə xidmət edən addımlar da atır. Son günlərdə ABŞ Senatında Ed Markey və Sheldon Whitehouse başda olmaqla, Demokratların lideri Chuck Schumer və 27 senatorun imzaladığı məktub diqqətimizi çəkdi. Bu məktubda Azərbaycan rəsmilərinə qarşı qlobal Maqnitski sanksiyalarının tətbiqi, bütün dırnaq arası “erməni hərbi əsirləri”nin və separatçı liderlərin azad edilməsi, habelə Bakıdakı məhkəmə proseslərinə beynəlxalq müşahidəçilərin cəlb edilməsi tələb edilir.
Bu davranış Bob Menendez, Adam Şiff, Frank Pallone, Pelosi kimi korrupsioner siyasətçilərinin anti-Azərbaycan kursunun davamıdır və yalnız iflasa məhkumdurlar.
Həmin müraciətdə 120 min erməninin Qarabağdan guya məcburi köçürülməsi iddiası ilə çıxış edilərək, dırnaq arası "etnik təmizləmə" çağırışları səsləndirilir.
Fakt ondan ibarətdir ki, ermənilərin Qarabağdan çıxışı beynəlxalq hüquq normalarına uyğun humanitar dəhliz vasitəsilə təmin edilmiş, könüllü xarakter daşımışdır. Bununla bağlı təkzibolunmaz video fakt və sübutlar var. Əksinə Qərbi Azərbaycanlıların deportasiyası etnik təmizləmə xarakteri daşımışdır.
Onlar unudurlar ki, ermənilərin Qarabağa köçürülməsi də, oradan könüllü köçü də separatizm və beynəlxalq hüququn pozulması zəminində yaranmış münaqişə kontekstində formalaşmışdır. Ona görə də ermənilərin qayıdış hüququ ilə bağlı iddiaları beynəlxalq hüququn ərazi bütövlüyü prinsipinə ziddir. Bu məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, yəni milli qanunvericilik əsasında mümkündür və ayrıca beynəlxalq hüquqi status daşımır.
Ümumilikdə bu cür iddialar ABŞ parlamentarilərinin müəyyən mərkəzlərdən mesaj aldığını göstərir və Bakıya qarşı yeni, total hücum siqnalı verir.
Bizim mövqeyimiz isə aydındır: Biz sülh istəyirik, biz regional əlaqələrin qurulmasını istəyirik, lakin heç bir halda öz qanuni maraqlarımızdan geri çəkilməyəcəyik.