MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Sülh müqaviləsinin müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir." - siyasi şərh

19:49 11.04.2025



Bu gün Milli Məclisdə Ermənistanın sülh məsələsində səmimi olmaması, mövqelərimizə mütəmadi atəş açması, sərhəddə yeni təxribata hazırlaşmaları barədə danışdım.
Bildirdim ki, Ermənistanın bugünki hakimiyyəti anlamalıdır ki, istənilən cavabı verməyə hazırıq, biz buna qadirik, “Dəmir Yumruq” yerindədir. Lazım olsa, yenə işə düşəcək, daha fəlakətli nəticələrə səbəb olacaq.

Ancaq biz bölgədə sülhün və sabitliyin təmin olunması üçün konkret addımlar atmışıq. Çünki sülh müqaviləsinin müəllifi bizik, Azərbaycan Prezidenti İlham Əliyevdir.
Ermənistanın hərbi-siyasi rəhbərliyinə hələ də düşünməyə vaxtı var. Bu avantüra əvəzinə məhz bu hərbi təxribat üçün vaxt qazanmaq üçün 2027-ci ilə qədər uzatdıqları dəyişiklikləri Konstitusiyalarına etsinlər, referendumlarını keçirsinlər.