MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə Üfüqi Monitorinq (Horizontal Monitoring) mexanizmi tətbiq ediləcək" - plenar iclasda çıxış

11:35 04.12.2025



Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə Üfüqi Monitorinq (Horizontal Monitoring) mexanizmi tətbiq ediləcək. Ənənəvi yoxlama və nəzarət mexanizmlərindən fərqli olaraq, Üfüqi Monitorinq vergi ödəyicisi ilə vergi orqanı arasında əməkdaşlıq və qarşılıqlı etimad prinsipinə əsaslanır. Bu, inzibati yükü əhəmiyyətli dərəcədə azaldır.

Bu, biznes subyektlərinin vaxt və insan resurslarına qənaət etməsinə, diqqətini əsas fəaliyyətinə yönəltməsinə şərait yaradır.

Təbii ki, bu imtiyaz şərtlərlə bağlıdır. Sahibkarlar avtomatlaşdırılmış uçot proqramlarından istifadə etməli və səmərəli daxili nəzarət sisteminə malik olmalıdırlar. Bu isə iqtisadiyyatda maliyyə intizamını və korporativ idarəetmə standartlarını yüksəldəcəkdir.