SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Azərbaycan–Slovakiya: Strateji tərəfdaşlıq yeni mərhələdə
Prezident İlham Əliyevin Slovakiyaya səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycanın Avropa istiqamətində həyata keçirdiyi xarici siyasətin strateji mahiyyətini və uzunmüddətli hədəflərini aydın şəkildə ortaya qoyur. Cənab Prezidentin “Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır” fikri iki ölkə arasında münasibətlərin sadəcə diplomatik çərçivədə deyil, dərin siyasi və iqtisadi əməkdaşlıq müstəvisində qurulduğunu təsdiqləyir. Keçən il Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması bu əlaqələrin ən yüksək səviyyəyə yüksəldiyini nümayiş etdirir.
Kamal Cəfərov bildirmişdir ki, dövlət başçısının enerji sahəsi ilə bağlı açıqlamaları həm Azərbaycanın, həm də Avropanın enerji təhlükəsizliyi baxımından mühüm strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin “Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir və bunun yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur” fikirləri Azərbaycanın etibarlı enerji tərəfdaşı statusunu aydın şəkildə nümayiş etdirir. Deputatın fikrincə, Azərbaycan qazını alan ölkələrin sayının 14-ə çatması ölkəmizin qlobal enerji bazarındakı mövqelərini daha da möhkəmləndirir.
Deputat vurğulamışdır ki, Prezident İlham Əliyevin Slovakiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq barədə səsləndirdiyi fikirlər bu istiqamətdə yeni texnoloji imkanların formalaşmasına zəmin yaradır. Dövlət başçısının Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarının birləşdirilməsinin dünya bazarları üçün maraqlı ola biləcəyi barədə bəyanatı bu sahədə gələcək əməkdaşlığın perspektivlərini göstərir. Kamal Cəfərovun sözlərinə görə, Slovakiya nümayəndə heyətinin Qələbənin beşinci ildönümündə Azərbaycanda iştirakı iki ölkə arasında siyasi etimadın və dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu təsdiqləyir.
Həmçinin qeyd edilməlidir ki, Cənab Prezidentin nəqliyyat və bağlantılar sahəsi ilə bağlı verdiyi mesajlar Azərbaycanın Şərqlə Qərb arasında əsas körpü rolunu daha da gücləndirdiyini göstərir. Prezident İlham Əliyevin Orta Dəhliz layihəsində Azərbaycanın fəal iştirak etdiyini və Orta Asiyanı Avropa ilə birləşdirən ən təhlükəsiz marşrutun məhz Azərbaycan ərazisindən keçdiyini vurğulaması ölkəmizin geostrateji mövqeyinin artan əhəmiyyətini bir daha nümayiş etdirir. Deputat bildirmişdir ki, bu sahəyə gələcək illərdə əlavə vəsaitlərin yönəldilməsi Azərbaycan-Slovakiya münasibətlərində iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.
Prezidentin informasiya texnologiyaları, süni intellekt və data mərkəzləri ilə bağlı səsləndirdiyi fikirlər isə Azərbaycanın enerji potensialının yeni iqtisadi sahələrin inkişafı üçün mühüm əsas yaratdığını göstərir. Cənab Prezidentin hazırda istifadə olunmayan enerji potensialının 2 giqavat səviyyəsində olması və növbəti beş ildə bu göstəricinin 8 giqavata çatdırılması barədə açıqlaması ölkəmizin yüksək texnologiyalar sahəsində regional mərkəzə çevrilməsi baxımından böyük perspektivlər açır.
Deputat sonda bildirmişdir ki, Prezident İlham Əliyevin Slovakiyaya səfəri zamanı verdiyi bəyanatlar Azərbaycan-Slovakiya münasibətlərinin yalnız bugünkü vəziyyətini deyil, gələcək inkişaf istiqamətlərini də müəyyən edən aydın siyasi mesajdır.
Onun sözlərinə görə, “Azərbaycan bu gün müstəqil xarici siyasət yürüdən, enerji, nəqliyyat və texnologiya sahələrində Avropa üçün strateji tərəfdaşa çevrilmiş bir dövlətdir.”
Deputatın fikrincə, Slovakiya ilə münasibətlərin bu səviyyədə inkişafı Azərbaycanın Avropa məkanında artan siyasi və iqtisadi çəkisinin bariz göstəricisidir.