SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Azǝrbaycan gǝnclǝr siyasǝtinin dövlǝtçilik tǝmǝli
2 Fevral-Azǝrbaycan Gǝnclǝri Günü Ulu Öndǝr Heydǝr Əliyevin müstǝqil Azǝrbaycan üçün müǝyyǝn etdiyi strateji dövlǝtçilik baxışının mühüm tǝrkib hissǝsidir. Bu günün 1997-ci ildǝ tǝsis edilmǝsi tǝsadüfi qǝrar olmayaraq gǝncliyi dövlǝtin gǝlǝcǝk taleyini müǝyyǝn edǝn ǝsas qüvvǝ kimi dǝyǝrlǝndirǝn uzaqgörǝn siyasǝtin nǝticǝsi olmușdur. Heydǝr Əliyevin gǝnclǝrǝ yanaşması ideoloji vǝ institusional baxımdan bütöv bir dövlǝt strategiyası idi.
Ulu Öndǝr gǝnclǝrin rolunu açıq şǝkildǝ belǝ ifadǝ edirdi: “Bizim xalqımızın gǝlǝcǝyi gǝnclǝrdir.” Bu fikir Azǝrbaycanın gǝnclǝr siyasǝtinin fǝlsǝfi ǝsasını formalaşdırmaqla yanaşı, dövlǝtin uzunmüddǝtli inkişaf modelindǝ insan kapitalının niyǝ prioritet elan edildiyini dǝ aydın şǝkildǝ göstǝrir.
Deputat Kamal Cǝfǝrov bildirmişdir ki, mǝhz Heydǝr Əliyevin hakimiyyǝtǝ qayıdışından sonra gǝnclǝrlǝ bağlı siyasǝt institusional çǝrçivǝyǝ salındı, Gǝnclǝr vǝ İdman Nazirliyi yaradıldı, gǝnclǝrin forumları keçirilmǝyǝ başlandı, istedadlı gǝnclǝrǝ dövlǝt qayğısı mexanizmlǝri tǝsis olundu. Bu addımlar gǝnclǝri cǝmiyyǝtin passiv tǝbǝqǝsindǝn dövlǝt quruculuğunun fǝal iştirakçısına çevirdi.
Deputat vurğulamışdır ki, müstǝqilliyin ilk illǝrindǝ AXC-Müsavat hakimiyyǝti dövründǝ gǝnclǝr siyasǝti daha çox spontan vǝ formal ǝsaslardan mǝhrum yanaşmalarla xarakterizǝ olunurdu. Onun fikrincǝ, mǝhz Ulu Öndǝr Heydǝr Əliyevin hakimiyyǝtǝ qayıdışından sonra bu sahǝ populist şüarlardan çıxaraq dövlǝtçilik fǝlsǝfǝsinǝ söykǝnǝn, davamlı vǝ sistemli strateji xǝttǝ çevrildi.
Deputatın sözlǝrinǝ görǝ, Ulu Öndǝrin “Hǝr bir Azǝrbaycan gǝnci müstǝqil Azǝrbaycanın bu günü vǝ gǝlǝcǝyi haqqında düşünmǝlidir” çağırışı bu gün dǝ Azǝrbaycan gǝncliyinin ideoloji dayağı kimi çıxış edir vǝ dövlǝtçilik düşüncǝsinin formalaşmasında mühüm rol oynayır. Mǝhz bu baxış gǝnclǝr siyasǝtini milli maraqlara ǝsaslanan, uzunmüddǝtli vǝ nǝticǝyönümlü dövlǝt xǝttinǝ çevirmişdir.