SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Cənubi Qafqazda yeni əməkdaşlıq mərhələsi
Prezident İlham Əliyevin Əbu-Dabidəki çıxışı təkcə siyasi bəyanat deyil, həm də Cənubi Qafqazda yeni əməkdaşlıq modelinin konturlarını müəyyən edən strateji baxışdır.
Kamal Cəfərovun sözlərinə görə, Prezidentin iqtisadi əlaqələrə dair açıqlamaları prinsipial əhəmiyyət daşıyır. Azərbaycan ərazisindən Ermənistana neft məhsullarının ixracına da başlanması fikri sülhün artıq praktiki müstəvidə reallaşdığını sübut edir. Deputat hesab edir ki, bu addımlar Cənubi Qafqazda yeni qarşılıqlı asılılıq modelinin əsasını qoyur.
Əbu-Dabidə keçirilən mərasimin rəmzi mənası, danışıqların burada davam etməsi və razılaşmanın məhz bu prosesdən doğması, Azərbaycanın sülh diplomatiyasının tarixində ayrıca səhifədir.
Deputat Kamal Cəfərov hesab edir ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın sülh quruculuğu missiyasına verilmiş beynəlxalq qiymətdir. Bu mükafat ölkəmizin artıq qalib dövlət olmaqla yanaşı, barışdırıcı dövlət kimi də formalaşdığını təsdiqləyir və yeni mərhələni müəyyənləşdirir.