SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Kəlbəcərin yenidən doğuluşu: Dövlət başçısının siyasi iradəsi və yeni inkişaf dövrü
Prezident İlham Əliyevin Kəlbəcər şəhəri gününə dair çıxışları və bölgəyə etdiyi çoxsaylı səfərlərdə verdiyi strateji mesajlar Azərbaycanın postmünaqişə dövründə Qarabağ və Şərqi Zəngəzurun bərpasına yanaşmasının dərin məzmununu ortaya qoyur. Cənab Prezidentin Kəlbəcərin tarixi, coğrafi və strateji əhəmiyyətinə verdiyi yüksək dəyər bu torpaqların yalnız dövlətçilik yaddaşında deyil, həm də Azərbaycanın gələcək inkişaf modelində xüsusi yer tutduğunu göstərir. Onun “Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər” fikri Kəlbəcərin Azərbaycanın təhlükəsizlik arxitekturasında oynadığı rolun ən dolğun ifadəsidir.
Kamal Cəfərov bildirmişdir ki, dövlət başçısının Kəlbəcərin azad olunmasının həm hərbi, həm siyasi, həm də mənəvi tərəflərini vurğulaması böyük əhəmiyyət daşıyır:
“Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi və bu gün 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi yalnız bir tarix seçimi deyil, müzəffər ordumuzun qəhrəmanlığının və xalqımızın birliyinin rəmzidir.” Deputatın fikrincə, Cənab Prezidentin Kəlbəcərin azad olunmasına görə 9455 hərbi qulluqçunun medalla təltif edilməsi barədə imzaladığı sərəncam dövlətin igidliyə və fədakarlığa verdiyi yüksək qiymətin təzahürüdür.
Deputat vurğulamışdır ki, Prezident İlham Əliyevin Kəlbəcərin bərpası və yenidən qurulması ilə bağlı səsləndirdiyi rəqəmlər regionun gələcək inkişaf perspektivlərinin miqyasını əyani göstərir. Dövlət başçısının təsdiq etdiyi “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan” haqqında danışarkən Kamal Cəfərov bunu belə qiymətləndirib:
“Bu Baş Plan Kəlbəcərin yalnız bərpasını deyil, onun müasir və dayanıqlı şəhər kimi yenidən doğulmasını təmin edən yol xəritəsidir.” Onun sözlərinə görə, şəhərin yaşayış fondu, yeni yollar, məktəblər, xəstəxanalar, parklar və 27 km-dən artıq avtomobil yolları bölgəyə həyat geri qaytarmaqla yanaşı, gələcək nəsillər üçün güclü sosial-iqtisadi baza yaradır.
Həmçinin qeyd edilməlidir ki, Cənab Prezidentin Kəlbəcərdə həyata keçirilən enerji layihələri barədə verdiyi məlumatlar ölkəmizin yaşıl enerji siyasətinin dağlıq bölgələrdə də ardıcıl həyata keçirildiyini göstərir. Deputat bildirmişdir ki, “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Meydan”, “Qaraarxac” kimi Kiçik Su Elektrik Stansiyalarının yenidən qurulması və istifadəyə verilməsi Kəlbəcəri Azərbaycanın yeni enerji mərkəzlərindən birinə çevirir. O qeyd edib: “Bu layihələr təkcə enerji deyil, həm də iqtisadi müstəqillik və ekoloji dayanıqlıq deməkdir.”
Prezidentin “İstisu” Müalicə-İstirahət Kompleksi və “İstisu” mineral su zavodu haqqında səsləndirdiyi fikirlər isə Kəlbəcərin turizm potensialının nə qədər yüksək olduğunu bir daha təsdiqləyir. Deputat Kamal Cəfərov bu barədə belə demişdir:
“İstisu yalnız təbii sərvət deyil, Azərbaycan turizminin brendidir və buranın dirçəldilməsi bölgənin iqtisadi həyatında mühüm dönüş yaradacaq.”
Deputat sonda bildirmişdir ki, Prezident İlham Əliyevin Kəlbəcərə etdiyi ardıcıl və məzmunlu səfərlər - istər Murovdağ tunelinin açılışı, istər yeni yaşayış komplekslərinin təməli, istərsə də kəndlərin bərpa layihələri - bölgəyə dövlət siyasətinin sistemli yanaşmasının göstəricisidir. Onun sözlərinə görə, “Kəlbəcər bu gün yalnız coğrafi ərazi deyil, xalqımızın qayıdış iradəsinin, dövlətimizin gücünün və Prezident İlham Əliyevin qətiyyətinin təcəssümüdür.”
Deputatın fikrincə, görülən işlər 25 noyabrın Kəlbəcər şəhəri günü kimi qeyd edilməsini xüsusilə mənalı edir və bu tarix Azərbaycanın bərpa və yenidənqurma salnaməsində qalıcı yerini alacaq.