SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Milli iradənin və tarixi zəfərin təntənəsi
Xocalıda ucaldılan Memorial Kompleks Azərbaycanın həm hərbi, həm də hüquqi müstəvidə qazandığı mütləq qələbənin rəsmi bəyanıdır. Dövlət başçısının vurğuladığı kimi, Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir və bu faciənin bütün məsuliyyəti birbaşa rəsmi Ermənistan dövlətinin üzərinə düşür. Cəmi bir gecənin içində 600-dən çox mülki şəxsin qəddarcasına qətlə yetirilməsi isə erməni faşizminin iç üzünü göstərən ən ağır faktdır.
Deputat Kamal Cəfərovun qənaətinə görə, Azərbaycanın "Xocalıya ədalət!" hərəkatı ilə başladığı uzunmüddətli mübarizə yolu bu gün beynəlxalq hüququn və ədalətin tam bərpası ilə yekunlaşıb. Deputat xüsusilə diqqətə çatdırır ki, Prezidentin "Ədaləti biz özümüz təmin etdik" prinsipi müasir dövlətçilik tariximizin ən fundamental sütununa çevrilib. Beynəlxalq təşkilatların və dünyanın aparıcı ölkələrinin bu qanlı cinayətə illərlə biganə qalmasına, Ermənistanın cinayətlərini ört-basdır etmək cəhdlərinə baxmayaraq Azərbaycan xalqı öz birliyi və ordusunun peşəkarlığı sayəsində tarixi ədaləti təkbaşına bərpa etdi.
Bu kontekstdə bugünkü reallıq 1990-cı illərin əvvəllərindəki, xüsusilə AXC-Müsavat birliyinin hakimiyyəti dövründəki siyasi pərakəndəlik, xaos və səriştəsiz idarəçilikdən köklü şəkildə fərqlənir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, həm ərazi bütövlüyünü hər qarış torpağını azad edərək özü təmin edib, həm də müharibə cinayətkarlarını Bakıda ədalət məhkəməsi qarşısına çıxarıb. Əli Azərbaycan xalqının qanına batmış quldurların məhkəmə qarşısında cavab verməsi ədalətin son nöqtəsidir və bu, dövlətimizin qüdrətinin ən bariz göstəricisidir.