SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Müasir dövrdǝ Azǝrbaycan gǝncliyinin güclǝnmǝsi
Prezident İlham Əliyevin rǝhbǝrliyi ilǝ hǝyata keçirilǝn gǝnclǝr siyasǝti Ulu Öndǝr Heydǝr Əliyevin müǝyyǝn etdiyi strateji xǝttin müasir dövrün tǝlǝblǝrinǝ uyğun şǝkildǝ inkişaf etdirilmǝsinin bariz nümunǝsidir. Bu mǝrhǝlǝdǝ gǝnclǝr siyasǝti sosial dǝstǝk mexanizmi olmaqla yanașı ölkǝnin innovativ, intellektual vǝ idarǝçilik potensialını formalaşdıran ǝsas vasitǝlǝrdǝn birinǝ çevrilmişdir.
Prezident İlham Əliyev gǝnclǝrin imkanları ilǝ bağlı belǝ demişdir: “İndiki gǝnclǝr üçün imkanlar tǝbii ki, daha genişdir vǝ gǝnclǝr bu imkanlardan istifadǝ etmǝlidirlǝr.” Bu fikir dövlǝtin gǝnclǝrǝ etimadının vǝ onların tǝşǝbbüskarlığını dǝstǝklǝyǝn siyasi iradǝnin açıq ifadǝsidir.
Deputat Kamal Cǝfǝrov qeyd etmişdir ki, Prezident İlham Əliyevin tǝşǝbbüsü ilǝ yaradılan Gǝnclǝr Fondu, “Yüksǝliş” müsabiqǝsi, könüllülǝr hǝrǝkatı, gǝnclǝrin xaricdǝ tǝhsili üzrǝ dövlǝt proqramları vǝ gǝnc kadrların irǝli çǝkilmǝsi siyasǝti gǝnclǝrin real potensialının üzǝ çıxarılmasına xidmǝt edir. Onun fikrincǝ, bu siyasǝt nǝticǝsindǝ Azǝrbaycan gǝncliyi ölkǝnin ictimai-siyasi hǝyatında aparıcı mövqeyǝ yüksǝlib.
Deputat xüsusi olaraq vurğulamışdır ki, Vǝtǝn müharibǝsindǝ ǝldǝ olunan tarixi Zǝfǝr Azǝrbaycan gǝncliyinin vǝtǝnpǝrvǝrlik ruhunun, dövlǝtǝ bağlılığının vǝ milli şüurunun ǝn parlaq tǝzahürü oldu. Onun sözlǝrinǝ görǝ, hǝm döyüş meydanında, hǝm dǝ informasiya cǝbhǝsindǝ fǝal olan gǝnclǝr Prezident İlham Əliyevin formalaşdırdığı güclü vǝ özünǝ güvǝnǝn dövlǝt modelinin ǝsas dayaqlarından biridir.
Kamal Cǝfǝrov sonda bildirmişdir ki, bu gün Azǝrbaycan gǝncliyi azad, sabit vǝ perspektivli ölkǝdǝ formalaşır vǝ bu reallıq Prezident İlham Əliyevin müasir gǝnclǝr siyasǝtinin real nǝticǝsidir. 2 Fevral-Azǝrbaycan Gǝnclǝri Günü isǝ bu siyasi xǝttin ideoloji vǝ mǝnǝvi simvolu kimi xüsusi ǝhǝmiyyǝt daşıyır.