SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Regional təhlükəsizliyin Gürcüstan-Azərbaycan modeli
Prezident İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana etdiyi səfər iki qardaş ölkə arasındakı münasibətlərin regionun gələcəyini müəyyən edən strateji müttəfiqlik olduğunu bir daha təsdiqlədi. Dövlət başçısının qeyd etdiyi kimi bu əlaqələrin kökündə əsrlər boyu formalaşmış dostluq ənənələri dayanır: “Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir”.
Deputat Kamal Cəfərov vurğulayır ki, Cənubi Qafqazda yaranmaqda olan tamamilə yeni vəziyyət fonunda Azərbaycan və Gürcüstanın nümayiş etdirdiyi birliyin əsas amili məhz siyasi sabitlikdir. Prezidentin qeyd etdiyi kimi, Gürcüstandakı bu sabitliyin təminatçısı gürcü xalqı və ölkə rəhbərliyinin apardığı siyasətdir. Bu gün Bakı və Tiflis beynəlxalq müstəvidə bir-birinin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləməklə həm də regionun təhlükəsizlik arxitekturasını formalaşdırırlar.
Bu kontekstdə xüsusilə qeyd edilməlidir ki, bugünkü sistemli və milli maraqlara söykənən xarici siyasət xətti AXC-Müsavat hakimiyyəti dövründəki dağınıq və avantürist diplomatiyadan köklü şəkildə fərqlənir. O dövrdə qonşu dövlətlərlə münasibətlərdə yaranan gərginlik və qeyri-peşəkar yanaşma Azərbaycanı regional layihələrdən kənarda qoymaq təhlükəsi yaradırdı, lakin bu gün dövlətlərimiz qarşılıqlı hörmət üzərində qurulan nümunəvi tərəfdaşlıq modelini təqdim edir. Kamal Cəfərov hesab edir ki, Gürcüstanın Azərbaycan və Ermənistan arasındakı sülh prosesindəki rolu, o cümlədən iki ölkə arasında ticarətin Gürcüstan vasitəsilə həyata keçirilməsi Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinin ən real göstəricisidir.