SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Rəqəmsal inkişaf Azərbaycanın gələcək inkişaf istiqaməti kimi
Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” ilə bağlı müşavirədə səsləndirdiyi fikirlər göstərir ki, süni intellekt, data mərkəzləri və rəqəmsallaşma artıq texnoloji məsələ olmaqdan çıxaraq dövlətlərin gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amilə çevrilib. Dövlət başçısının vurğuladığı kimi, “rəqəmsal inkişaf məsələsi bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək”.
Deputat Kamal Cəfərovun mövqeyinə görə, Azərbaycanın bu sahədə atdığı addımlar uzun illər ərzində formalaşmış infrastruktur və beynəlxalq əməkdaşlıq təcrübəsinin məntiqi davamıdır. Xüsusilə nəqliyyat və enerji dəhlizlərinin gələcəkdə fiber-optik dəhlizlərə çevrilməsi perspektivi ölkənin coğrafi üstünlüyünün yeni mərhələdə rəqəmsal kapitala transformasiya edilməsi deməkdir.
Bu yanaşma Azərbaycanın artıq formalaşdırdığı enerji və logistika platformalarını rəqəmsal inkişafın dayaqlarına çevirməklə uzunmüddətli dayanıqlı inkişaf modelini möhkəmləndirir. Kamal Cəfərov hesab edir ki, bu kurs ölkənin mövcud potensialını yeni texnoloji reallıqlara uyğunlaşdırmaqla regional rəqabət qabiliyyətini daha da artıracaq.