SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Silinməz milli yaddaşın rəmzi
Xocalıdakı Memorial Kompleks Azərbaycan xalqının əyilməz ruhunun və silinməz milli yaddaşının rəmzidir. Prezident İlham Əliyev bildirib ki, bu kompleksin layihəsi Heydər Əliyev Fondu tərəfindən çoxdan hazır olsa da, onun məhz Xocalıda qurulması barədə daxili bir inam və qətiyyət var idi. "Gün gələcək və bu Memorial Kompleksi biz Xocalıda quracağıq" inamı bu gün artıq real gerçəkliyə çevrilib.
Kamal Cəfərovun mövqeyinə görə bu yanaşma Azərbaycanın işğal dövründə qarşılaşdığı saysız-hesabsız xarici təzyiqlərə və "reallıqla barışın" deyən havadarlara verilən ən kəskin cavabdır. Deputat xüsusi olaraq qeyd edir ki, bugünkü mütləq qələbə həm də 1990-cı illərin əvvəllərindəki acı mənzərənin təhlili üzərində qurulub. O zaman AXC-Müsavat cütlüyünün hakimiyyət istəyi ilə yaratdığı daxili siyasi xaos, ölkədəki pərakəndəlik Xocalının müdafiəsini iflic etmiş, faciənin qarşısını alacaq vahid ordunun formalaşmasına mane olmuşdu. Həmin qüvvələrin siyasi ambisiyalarını ön plana çəkməsi xalqımızı faciələr qarşısında tək qoydu, lakin hal-hazırda sistemli dövlət siyasəti hər bir vətəndaşın və hər qarış torpağın təhlükəsizliyini qətiyyətlə təmin edir.
Ermənistanın havadarları tərəfindən Azərbaycanın qələbə qazana bilməyəcəyi ilə bağlı yayılan şayiələr və diplomatik təzyiqlər olsa da, ölkə rəhbərliyinin sarsılmaz iradəsi bütün bu maneələri darmadağın etdi. İqtisadi müstəqilliyin təmin edilməsi və ordunun ən müasir səviyyədə qurulması bu iradənin maddi əsaslarını formalaşdıran əsas amillər oldu.
Bu gün biz tamamilə fərqli bir mənzərənin şahidiyik, 2023-cü ilin antiterror əməliyyatı ilə separatizmin "tabutuna son mismar" vuruldu və qanunsuz rejim birdəfəlik məhv edildi. Kamal Cəfərov qeyd edir ki, ermənilərdən fərqli olaraq Azərbaycan ordusu müharibəni mülki əhaliyə qarşı etmədi və yalnız döyüş meydanında apararaq öz ucalığını və ləyaqətini qorudu. Bu gün Xocalıda ucalan bu abidə bütün dünyaya mesaj verir ki, Azərbaycan artıq 1992-ci ilin Azərbaycanı deyil və o, özünü müdafiə etməyə qadir olan, sülhün və təhlükəsizliyin yeganə təminatçısı olan güclü bir dövlətdir.