SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Sülhün siyasi və iqtisadi təminatı
Strateji Tərəfdaşlıq Xartiyasının ən mühüm məqamlarından biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu-TRIPP layihəsinin konseptual və praktiki çərçivəsinin aydınlaşdırılmasıdır. Kamal Cəfərov hesab edir ki, bu layihə həm nəqliyyat dəhlizi, həm də Cənubi Qafqazda qarşılıqlı asılılıq yaradan, müharibə risklərini azaldan iqtisadi mexanizmdir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin etməsi, eyni zamanda Asiya ilə Avropanı birləşdirən təhlükəsiz marşrut yaratması onu regional əməkdaşlığın dayağına çevirir.
Prezident İlham Əliyev bu layihəni “Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizi” kimi xarakterizə edib, bu da Bakının regional əməkdaşlığı qarşılıqlı qazanc modeli kimi gördüyünü göstərir. Kamal Cəfərov vurğulayır ki, Azərbaycanın Ermənistan istiqamətində tranzit məhdudiyyətlərini aradan qaldırması və hətta neft məhsulları tədarükünə başlaması əməli addımlara keçidin konkret nümunəsidir. Bu model Azərbaycanın AXC-Müsavat dövründəki daha emosional və az praktik yanaşmadan fərqli bir mərhələyə keçdiyini göstərir.
Deputatın qənaətinə görə TRIPP iqtisadi layihə olmaqla bərabər, həm də təhlükəsizlik mexanizmidir. Nə qədər çox qarşılıqlı əlaqə, ticarət və asılılıq yaranarsa, münaqişəyə qayıdış ehtimalı bir o qədər zəifləyir. Bu mənada TRIPP regionun gələcək sabitliyinin iqtisadi sütunu kimi çıxış edir.